Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən şəhərində növbəti səyyar qəbul keçirilib

01 iyun 2023 | 11:21

  Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev iyunun 1-də Heydər Əliyev adına mədəniyyət və istirahət parkında şəhər sakinləri üçün növbəti səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və şəhər sakinləri iştirak ediblər.

  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

  Sonra şəhər sakinlərinin müraciətlərinə baxılıb. Fərhad Əliyev Nəriman Nərimanov küçəsində mövcud işıqlanmanın yeni və müasir işıqlanma ilə əvəz olunmasına, Məhəmməd Paçalov Rüfət Əhmədzadə və Həsən Əliyev küçələrinin asfaltlaşmasına, Abduləli Muradov Gənclik  küçəsinin asfaltlaşmasına, Mehrab Rəhimov Nizami və  Niyazi küçələrinin asfaltlaşmasına, Fəxrəddin Pirxiyev M.F.Axundov küçəsində arxların betona salınmasına, İsmayıl Gəncəyev Heydər Əliyev adına mədəniyyət və istirahət parkında fəvvarənin təmir olunmasına, Mahmud Məmmədli Mikayıl Müşfiq küçəsində yerləşən yaşayış binasının həyətində oturacaqların yerləşdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.

  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər