Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən şəhərində səyyar qəbul keçirilib

27 yanvar 2025 | 09:43

  Yanvarın 24-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Balakən şəhərində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və şəhər sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək 2024-cü ildə ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurları qeyd edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasət haqqında məlumat verib.
  Sonra şəhər sakinlərinin müraciətlərinə baxılıb. Məhəmməd Ustayev H.Z.Tağıyev küçəsi ilə S.Vurğun küçəsini birləşdirən yolun asfaltlanmasına, Nürəddin Nooyev Zərifə Əliyeva küçəsində, Nazim Ağcayev isə Yusif Məmmədəliyev küçəsində yağış sularının həyətlərə dolmasının qarşısını almaq məqsədilə kanal qazılmasına, Nəsib Çobanov Ramazan Cirinqov küçəsinin asfaltlanmasına, Tacəddin Tinayev Cəlil Məmmədquluzadə küçəsinin işıqlandırılmasına, Məhəmməd Paçalov Həsən Əliyev küçəsində asfaltlanmasına, Seid Qasımov Mikayıl Müşfiq küçəsi 5A ünvanında yerləşən 45 mənzilli binanın fasad divarının təmir edilməsinə, Rüstəm Anaqiyev isə Aydın Məmmədov küçəsindəki çalaların təmir edilməsinə köməklik göstərilməsini xahiş edib.
  Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər