Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “1 noyabr -Kənd təsərrüfatı işçiləri günü” qeyd edilib

01 noyabr 2023 | 16:13

Noyabrın 1-də Balakən rayonunda “Kənd təsərrüfatı işçiləri günü"  münasibətilə tədbir keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, idarə, müəssisə rəhbərləri iştirak ediblər.  Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən kənd təsərrüfatı işçilərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində görülmüş işlərdən və əldə olunan uğurlardan danışan rayon rəhbəri İslam Rzayev bildirib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatlar bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Aqrar islahatların həyata keçirilməsinə və qeyri-neft sektorunun mühüm istiqaməti olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Görülən işlər, məqsədyönlü və sistemli islahatlar, məhsul istehsalçılarına hərtərəfli dövlət dəstəyi aqrar sektorun inkişafına stimul yaradır, emal sənayesinin inkişafına yol açır.

Kənd təsərrüfatı işçiləri onların əməyinə yüksək qiymət verdiyinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, bugünkü bayram gününün təsis olunmasının aqrar sahəyə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndiriblər.

Tədbirdə kənd təsərrüfatı sahəsindəki  fəaliyyəti ilə fərqlənən bir qrup şəxs Balakən Rayon İcra Hakimiyyətinin  fəxri fərmanları ilə  təltif olunub.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər