Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan ümumrayon tədbiri keçirilib

15 iyun 2022 | 13:00

   İyunun 15-də Balakən rayon Mədəniyyət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbir keçirilib.

   Əvvəlcə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüb, hörmət və ehtiramlarını nümayiş etdiriblər.

   Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edənBalakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edib. Müstəqil respublikamızın etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıb. Onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrətinin daha da artdığını, müstəqil Azərbaycanın dünya birliyində öz layiqli yerini tutduğunu, Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfərin də bu uğurların məntiqi nəticəsi olduğunu vurğulayıb.

   Daha sonra ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub. Tədbir rayon mədəniyyət işçilərinin ifasında konsert proqramı və ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Keçidlər