Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 2 İyul – Azərbaycan Polisi Günü qeyd olunub

02 iyul 2022 | 13:10

   Balakən rayonunda  2 İyul – Azərbaycan Polisi Günü münasibətilə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, rayon polis şöbəsinin rəisi, polis polkovniki Çingiz Aslanov, polis əməkdaşları və veteran polislərin iştirakı ilə tədbir keçirilib.

   Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad olunub.

   Çıxış edən rayon polis şöbəsinin rəisi Çingiz Aslanov polisləri təbrik edib, Ali Baş Komandan İlham Əliyev tərəfindən daxili işlər orqanlarının inkişafı və onun müasir standartlara cavab verən ali səviyyəyə çatdırılması üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirib ki, hüquq-mühafizə orqanları fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurub. Azərbaycan bu gün cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın qabaqcıl dövlətlərindən biridir.

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan Polisi Günü münasibətilə iştirakçıları təbrik edib. Polis orqanlarının yaradılmasının şanlı tarixindən və onun təkmilləşdirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışan İslam Rzayev, Prezident İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində ölkəmizdə formalaşmış ictimai-siyasi sabitlikdən də söz açıb. O, respublikamızın hər yerində olduğu kimi, Balakəndə də ictimai-siyasi sabitliyin möhkəmləndirilməsində rayon polis şöbəsinin şəxsi heyətinin rolunu qeyd edib.

   Sonda bir qrup polis əməkdaşı rayon icra hakimiyyətinin fəxri fərman ilə  təltif olunub.

Keçidlər