Balakəndə 25 tonadək yaş barama tədarük olunub
11 iyun 2022 | 09:55
Balakən rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Kümçülər tərəfindən rayondakı qəbul məntəqəsinə 24 ton 92 kiloqram yaş barama təhvil verilib.
Builki mövsümdə Balakən rayonunda yaş barama istehsalının 35 tonadək çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi üçün 268 kümçü ilə müqavilə bağlanılıb, onlara Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 860 qutu ipəkqurdu paylanılıb.
Məntəqədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir.