Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə 28 May - Müstəqillik Günü ilə əlaqədar “Varislik ənənəsinin uğurlu davamı - əbədi müstəqillik” adlı tədbir keçirilib

27 may 2025 | 18:11

  Balakən rayonu Heydər Əliyev Mərkəzində 28 May - Müstəqillik Günü ilə əlaqədar “Varislik ənənəsinin uğurlu davamı - əbədi müstəqillik” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

  Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmovanın məruzəsi dinlənilib. Məruzədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlardan ətraflı bəhs edilib. Bildirilib ki, xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən olan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkəmizdə, eləcə də dünyada gedən ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli oyanışının məntiqi nəticəsi idi.  Azərbaycan Xalq Cümhuriyyəti çoxəsrlik tariximizin böyük dəyərlərindəndir. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb. Onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinməyib.

  Digər çıxış edənlər rayon Heydər Əliyev Mərkəzinin direktoru Leyla Qarayeva, Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev, Gənclər Evi Sosial Xidmət müəssisəinin əməkdaşı Fuad Mikayılov və tarix müəllimi Aygün Hacıyeva müstəqilliyin bərpa edilməsindən, onun qorunub saxlanılmasından və möhkəmləndirilməsindən danışıblar. Bildirilib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi. 1993-cü ilə qədər formal xarakter daşıyan müstəqilliyimiz Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində əbədiyyət qazandı.

  Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Azərbaycan torpaqlarını işğaldan qurtarıb, suverenliyini bərpa edib. İndi azad olunan torpaqlarda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, insanlar doğma yurdlarına qayıdırlar.

  Çıxış edənlər dahi rəhbərin xalqımıza ərməğan etdiyi müstəqil Azərbaycan Respublikasının hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşadığını xüsusi vurğulayıblar.

Keçidlər