Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə ağacəkmə aksiyası keçirilib

17 mart 2025 | 17:22

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Martın 17-də keçirilən aksiyada Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, müvafiq idarə, müəssisə və təşkilatlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

  Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Balakən şəhəri, Mahamalar və Katex kəndlərindən keçən hissələrində baş tutan aksiya zamanı 500-dən çox həmişəyaşıl şam ağacı əkilib. Eyni zamanda, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib və suvarılması təmin edilib.

  Qeyd edək ki, Balakən rayonunda bu cür ekoloji aksiyaların təşkilinin başlıca məqsədi cəmiyyətin ekoloji maarifləndirilməsi, yaşıllıq sahələrinin artırılmasının təşviqi, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə töhfə verməkdən ibarətdir.

Keçidlər