Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

26 sentyabr 2025 | 17:49
  27 Sentyabr - Anım Günü ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun rayonun Katex, Qasbinə, Qullar, Poştbinə yaşayış məntəqələrindən keçən hissələrində  ağacəkmə aksiyası təşkil olunub.
  Aksiyada Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
  Müqəddəs şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirilən aksiya çərçivəsində 500 ədəd həmişəyaşıl şam, qoz və şabalıd ağacları əkilib. Əkilən ağaclar suvarılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Keçidlər