Balakəndə bayram sevinci
Balakən şəhərinin mərkəzindəki Heydər parkında 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı təntənəli şəkildə qeyd olunub.
Bayramsayağı bəzədilən parkda, açıq havada keçirilən bayram tədbirində aparıcı iştirakçıları təbrik edərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın bütün qitələrində yaşayan azərbaycanlıları - soydaşlarımızı birləşdirən, həmrəy, həmfikir edən, onları Vətənimizin bütövlüyü, daha da çiçəklənməsi üçün birgə fəaliyyətə çağıran tarixi bir gün olduğunu vurğulayıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib. Yolka ətrafında uşaq bağçalarının fidanları və məktəblilər şənlik edib, Şaxta baba və Qar qız şənliyə xoş əhval-ruhiyyə qatıb. Musiqiçilərin çıxışları maraqla qarşılanıb.