Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib

07 noyabr 2025 | 17:49
  Noyabrın 7-də  Balakən Bayraq Muzeyində  Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri,  şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
  Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Dövlət Bayrağı Gününə həsr olunmuş film nümayiş olunub.
 Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Turan Dibirov qeyd edib ki, Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Bildirilib ki, bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Əldə edilmiş zəfərlər fonunda Azərbaycan xalqı Dövlət Bayrağı Gününü tamam başqa əhvali-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir.
  Daha sonra Ulu Öndər  Heydər Əliyevin iştirakı  ilə keçirilən Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan  Bayrağını dalğalandıran Turanə  Məmmədova çıxış edib. Qeyd olunub ki, bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir.  
  Daha sonra tədbirdə rayon mədəniyyət işçiləri tərəfindən Dövlət Bayrağı Gününə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub.
Keçidlər