Balakəndə Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə tədbir keçirilib
Balakən Rayon İcra Hakimiyyəti tərəfindən 23 İyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Turan Dibirov, icra hakimiyyətinin əməkdaşları, rayonun müxtəlif dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Turan Dibirov çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət qulluğu sisteminin davamlı olaraq təkmilləşdirildiyini, bu sahədə həyata keçirilən islahatların səmərəli və şəffaf idarəetmənin formalaşmasına mühüm töhfə verdiyini bildirib. Qeyd edib ki, Möhtərəm Prezidentin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramı günü təsis olunması dövlət qulluqçularına olan diqqət və qayğının bariz nümunəsidir.
Digər çıxış edənlər dövlət qulluğunun ölkənin inkişafında və dövlət idarəçiliyinin təkmilləşdirilməsində mühüm rol oynadığını vurğulayıb, qanunçuluğun təmin edilməsində, dövlətçiliyin möhkəmləndirilməsində, vətəndaşlara layiqli xidmət göstərilməsində peşəkarlıq, vətənpərvərlik və yüksək məsuliyyət hissinin vacibliyini qeyd edərək, dövlət qulluqçularına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.






