Balakəndə dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib
24 iyun 2025 | 09:34
Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdən əvvəl Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Aparatın kollektivi və rayonda fəaliyyət göstərən dövlət qulluqçuları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
İslam Rzayev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, dövlət qulluğu imtiyaz deyil, insanlara xidmət göstərmək üçün bir məsuliyyətdir. Rayon rəhbəri çıxışında ölkəmizdə dövlət qulluğu sisteminin formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb, hazırda respublikamızda dövlət idarəçiliyi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib. Dövlət qulluğunun cəmiyyətin idarə olunmasında mühüm rol oynadığını bildirib.
Sonda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.






