Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə əlilliyi olan şəxslərin hazırladığı əl işlərinin satış-sərgisi keçirildi

14 noyabr 2026 | 11:00
14 noyabr 2026-cı il tarixində Balakən Regional “ASAN xidmət” mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi və ASAN Könüllüləri Təşkilatının birgə layihəsi olan satış-sərgi təşkil olundu. Sərgidə Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin əl işləri nümayiş olundu. Tədbir Balakən Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirildi.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayon icra hakimiyyətinin, Balakən Regional ASAN Xidmətinin əməkdaşları, Şəhid ailələri, Qazilər, Veteranlar və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Qonaqlar sərgidəki əl işləri ilə tanış olmuş və müəllifləri ilə söhbət etmişlər. Balakən RİHB cənab Natiq Ağayev bildirdi ki, əlilliyi olan şəxslərin peşə bacarıqlarına yiyələnməsi, cəmiyyətə inteqrasiyası və əmək fəaliyyətinə cəlb olunması dövlət sosial siyasətinin prioritet istiqamətlərindəndir. Belə sərgilər isə onların istedadını üzə çıxarmaq və əməyini dəyərləndirmək baxımından böyük əhəmiyyət daşıyır. Sərgi iştirakçılarını Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunmuş Sənətkarlar evinə dəvət etmişdir.
Sərgidə ağac üzərində oyma işləri, muncuqdan toxunmuş çantalar, bilərziklər, milli ornamentli qablar və vazalar, tikmələr, rəsm əsərləri və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş olundu. Ziyarətçilər bəyəndikləri əl işlərini yerindəcə əldə etmək imkanı qazandılar.
Satış-sərgi saat 11:00-dan 16:00-dək davam etdi və sakinlər tərəfindən böyük maraqla qarşılandı.
Keçidlər