Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə folklor qrupların konsert proqramı təşkil olunub.

17 fevral 2026 | 16:40
Bu gün Balakən Rayon Mədəniyyət Mərkəzində “Mədəniyyət Konsepsiyası–2040: Ənənədən Gələcəyə” başlığı altında tədbir təşkil olunub.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, İcra hakimiyyətinin məsul əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, kollektivlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə rayon Mədəniyyət Mərkəzinin foyesində xalçaçılıq, dekorativ tətbiqi sənət, ağac üzərində oyma, tikmə, toxuculuq nümunələri, təbii dəridən ibarət əl işləri, həmçinin rəsm əsərləri nümayiş etdirilib. Burada yerli ustalar öz əl işlərini və yaradıcılıq nümunələrini təqdim edərək iştirakçılara Balakənin zəngin sənətkarlıq ənənələri və milli mədəni irsi ilə daha yaxından tanış olmaq imkanı yaradıblar.
Eyni zamanda tədbirdə “Azərbaycan Mədəniyyəti–2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası haqqında məlumat verilib.
Tədbirin bədii hissəsində Balakən Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının, “Cahan” avar xalq kollektivinin, “Fidanlar” rəqs qrupu, “Nənələr” ingiloy və “Ebel” avar folklor qruplarının çıxışları, eləcə də müğənnilərin ifasında rəngarəng musiqi nömrələri təqdim olunub.
Keçidlər