Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Gənclər Günü qeyd olunub

02 fevral 2023 | 17:44

Balakən rayonunda 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda  tədbir keçirilib. Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, RİH-nin məsul əməkdaşları, ictimai fəaliyyətdə fərqlənən gənclər, Vətən müharibəsi veteranları, qazilər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları gənclərin əl işlərindən ibarət sərgi və onların qazandıqları nailiyyətlərlə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

İslam Rzayev Gənclər Günü münasibətilə Balakən gənclərini təbrik edib və onlara uğurlu gələcək arzulayıb. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən, cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsindən bəhs edib. Hər il ölkəmizdə 2 fevral - Azərbaycan Gəncləri Gününün təntənə ilə qeyd edilməsinin ölkə gənclərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb. Rayon rəhbəri Azərbaycan gənclərinin yüksək vətənpərvərlik ruhundan, Vətən müharibəsində qazandığımız parlaq qələbədə gənclərin rolundan danışıb, onların cəmiyyətimizin fəal qurucularına çevrildiyini diqqətə çatdırıb.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov 2022-ci ildə qazanılan uğurlar barədə məlumat verib.

Digər çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclərin dövlət idarəçiliyinə cəlb olunduğunu, onların mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəsinin təşkili üçün münbit şərait yaradıldığını qeyd ediblər.

Sonra rayonun ictimai həyatında fərqlənən bir qrup gəncə Balakən Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar verilib, həmçinin Yeni Azərbaycan Partiyasına qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

 

Keçidlər