Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

09 mart 2023 | 15:08

Balakən rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Balakən şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində 200 sərv, 100 Lənkəran akasiyası, 100 Xan çinarı, 50 cökə, 40 palma, 10 həmişəyaşıl palıd, 1000 kol gülü və Zaqatala-Balakən dövlət avtomobil yolunun kənarına 500 kol gülü əkilib.

Aksiyada rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının könüllüləri, idarə, müəssisə, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib. Ağaclar suvarılıb və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə keçirilən aksiyanın əsas məqsədi ərazinin ekoloji tarazlığının bərpasına, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsinə, mövcud torpaq qatının münbitləşdirməsinə töhfə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

Keçidlər