Balakəndə iftar süfrəsi təşkil edilib
Balakən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə aprelin 11-də iftar süfrəsi təşkil edilib. İftar süfrəsində rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, rayonun hüquq-mühafizə orqanlarının, Rayon Ağsaqqallar Şurasının rəhbərləri, din xadimləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri və aztəminatlı ailələr iştirak ediblər.
Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz ruhuna dualar edilib, Ramazan ayının fəzilətlərindən və savablarından danışılıb. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək mərasim iştirakçılarını müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. Qeyd olunub ki, insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Ramazan ayında iftar süfrələrinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi məqsədlər naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.
Tədbirdə iştirak edənlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.