Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə İlaxır çərşənbə böyük coşqu ilə qeyd edilib

15 mart 2023 | 11:11
  Martın 14-də rayonunun Qabaqçöl qəsəbəsində Novruz bayramının sonuncu Torpaq çərşənbəsi xüsusi coşqu ilə qeyd olunub. Əvvəlcə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev musiqi sədaları altında bayram tonqalını alovlandırıb.
  Daha sonra tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən rayon rəhbəri İslam Rzayev bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. İcra başçısı bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, ilaxır çərşənbə hesab olunan torpaq çərşənbəsinin xüsusiyyətlərindən danışıb. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən İslam Rzayev onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib. Bildirib ki, Novruz bayramını ölkəmizdə yaşayan etnik və dini müxtəlifliyindən asılı olmayaraq hər kəs ruh yüksəkliyi və sevinclə bayram edir. Rayon rəhbəri qeyd edib ki, son üç ildə isə Novruz bayramının qeyd edilməsi xüsusi məna daşıyır. Artıq bu bayram şənliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda da keçirilir.
  Sonra rayon mədəniyyət işçilərinin ifasında bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.
Keçidlər