Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub

01 noyabr 2025 | 17:11
Balakəndə 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, ölkəmizin qurucusu və memarı olan dahi liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Balakən RİHB-nin birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Turan Dibirov çıxış edərək kənd təsərrüfatı sahəsində çalışan işçiləri peşə bayramı münasibətilə təbrik edib. Bildirilib ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının strateji sahələrindən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar islahatlar və kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri nəticəsində bu sahədə yeni çağırışlara uyğun modern yanaşmalar formalaşıb, fermerlərin fəaliyyət imkanları genişlənib. Balakən rayonu da kənd təsərrüfatının qarğıdalı, tütün və baramaçılıq, o cümlədən digər sahələrində respublikamızda öncül yerlərdədir.  Eyni zamanda Turan Dibirov Balakən rayon DAİM-in əməkdaşlarının bölgədə yayılmış Ağ Amerikan kəpənəyi və Qəhvəyi mərmər bağacığına qarşı apardıqları uğurlu mübarizəni vurğulayıb.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Keçidlər