Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə "Konstitusiyamız dövlətçiliyimizin müqəddəs rəmzidir” mövzusunda konfrans keçirilib

12 noyabr 2026 | 11:00
Bu gün Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ilə əlaqədar "Konstitusiyamız dövlətçiliyimizin müqəddəs rəmzidir” mövzusunda konfrans keçirilib. Konfransda Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev Azərbaycan Konstitusiyasının yaranma tarixindən, onun dövlətimizin inkişafındakı rolundan və ölkəmizin əldə etdiyi mühüm nailiyyətlərdən danışıb. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi-hüquqi islahatlardan, demokratik cəmiyyət quruculuğundan bəhs edib. Bildirib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyamız demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsaslı zəmin yaratmış, ölkəmizin hər bir vətəndaşının hüquq və azadlıqlarının əsas təminatçısıdır. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti sayəsində işğala son qoyularaq, ərazi bütövlüyümüz təmin edildikdən sonra respublikamızın bütün bölgələrində Konstitusiya quruluşu bərpa edilib.
Daha sonra rayon prokuroru Camal Bağırov, Balakən Rayon Məhkəməsinin sədri Hümbət Səlimov, rayon polis şöbəsinin rəisi Çingiz Aslanov çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, milli iradəsinin və müasir hüquqi düşüncəsinin təcəssümüdür. Bu gün Azərbaycan Konstitusiyası dövlət idarəçiliyinin, siyasi və iqtisadi islahatların, hüquqi sistemin və ictimai münasibətlərin əsas istiqamətlərini müəyyən edən ali hüquqi sənəd kimi ölkənin inkişafında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlara uyğun davam etdirilir. Azərbaycanın dövlət müstəqilliyi dövründə Konstitusiyanın prinsipləri daim praktikada öz təsdiqini tapıb. Xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə Konstitusiyanın 2-ci maddəsində təsbit olunmuş dövlətin ərazi bütövlüyü prinsipinin bərpası anlamına gəlirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə bu proses tam yekunlaşdı və Konstitusiyanın hüquqi qüvvəsi bütün ərazilərimizdə bərqərar oldu. Bu, Azərbaycan xalqının dövlətə sədaqətinin, orduya etimadının və Konstitusiya ilə təsbit olunmuş milli suverenliyin real təminatıdır.
 
 
Keçidlər