Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə məcburi köçkünlərlə görüş keçirilib

12 oktyabr 2023 | 12:41
  Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhaliyə məcburi köçkünlərə tətbiq edilən sosial müdafiə tədbirlərinin, o cümlədən hazırda dövlət büdcəsinin vəsaitləri hesabına ödənilən vahid aylıq müavinətin qanunvericiliklə nəzərdə tutulmuş başaçatma müddətləri, müddət axımı, habelə bunun qanuniliyi və zəruriliyi ilə əlaqədar məcburi köçkünlər arasında  məlumatlandırma, təbliğat izahat və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Kommunikasiya Planı hazılanmışdır.
  Kommunikasiya Planının “Keçmiş məcburi köçkünlərin müvəqqəti qeydiyyatda olduqları yaşayış yerləri üzrə icmalar və ağsaqqallar ilə daimi görüşlərin keçirilməsi, bu və köç prosesinə aid digər məsələlər haqqında mütəmadi məlumatların verilməsi” bəndinin icrası məqsədilə oktyabrın 12-də Balakən rayonunda məskunlaşan məcburi köçkünlərin bir qrupu ilə görüş keçirilib. RİHB-nın müavini Mehparə Əliyevanın, RİH-in sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Ramazan Saramanovun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin region üzrə nümayəndəsi Vidadi Hacıyevin iştirak etdiyi görüşdə məcburi köçkünlərə işğaldan azad edilmiş ərazilərə köç prosesi barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
  Rayonda məskunlaşan məcburi köçkünlərlə təsdiq olunmuş qrafik üzrə mütəmadi olaraq bu səpkidə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Keçidlər