Balakəndə Milli Mətbuat Günü qeyd edilib
21 iyul 2026 | 16:00
Bu gün Balakən Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü münasibətilə bölgədə fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib. Rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev jurnalistləri və televiziya əməkdaşlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.






