Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Milli Musiqi Günü və Üzeyir Hacıbəyli irsi” başlığı altında konser təşkil olunub

18 sentyabr 2026 | 11:00
Sentyabr 18-də Milli Musiqi Günü münasibətilə Balakən rayon Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı və rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə konsert təşkil olunub.
Rayon Mədəniyyət Mərkəzində keçirilən konsetdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, icra hakimiyyətinin əməkdaşları, eləcə də müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Qonaqlar əvvəlcə Milli Musiqi Gününə həsr edilmiş sərgi ilə tanış olublar.
Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin yaradıcılığını və milli musiqi irsimizi özündə təcəssüm etdirən musiqilər səslənib.
Keçidlər