Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

18 oktyabr 2024 | 16:01
  Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatında  18 oktyabr – Azərbaycanın müstəqilliyinin bərpasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
  Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, YAP rayon təşkilatının sədri Azad Balayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ağsaqqallar iştirak edib.
  Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən danışıb. Rayon rəhbəri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parçalanmaqdan xilas olan Azərbaycan məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da güclənib, beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib. Bunun nəticəsi olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin suverenliyi tam bərpa olunub.
  Digər çıxış edənlər məhz Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyinin təmin edildiyini, respublikamız yeni inkişaf dövrünə qədəm qoyduğunu diqqətə çatdırıblar.
Keçidlər