Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə növbəti Vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin olunub

22 avqust 2022 | 12:33

   Vətən Müharibəsi iştirakçısı Əsəbəliyev İlyas Məhəmməd oğlu Balakən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyin olunub.

   İlyas Əsəbəliyev  1999-cu ildə Balakən rayonunun Qullar  kəndində  anadan olub,  2020-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini “İqtisadiyyat” ixtisası üzrə bitirib.

   Vətən müharibəsi zamanı Füzuli və Xocavənd rayonu  uğrundə gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

   Balakən Rayon İcra Hakimiyyətinin kollektivi adından İlyas Əsəbəliyevi yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edir, möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

   Rayonda dövlət işlərində  gənclərə üstünlük verilməsi və Vətən Müharibəsi iştirakçılarına yüksək etimad göstərilməsi dövlətin qayğı və diqqətinin nəticəsidir.   

Keçidlər