Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Nurlu ömrün anları” tamaşası nümayiş etdirilib

05 may 2023 | 11:18

Mayın 5-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Balakən rayon Mədəniyyət Mərkəzində Əməkdar Mədəniyyət İşçisi, şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu “Nurlu ömrün anları” tamaşasını oynayıblar.

Tamaşadan öncə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, bununla əlaqədar olaraq respublikamızda, o cümlədən Balakən rayonunda silsilə tədbirlərin keçirildiyini bildirib. Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, fəaliyyətinin və ideyalarının indiki və gələcək nəsillər üçün örnək olduğu diqqətə çatdırıb. Hər bir azərbaycanlının qəlbində xalqımızın xilaskarı və müstəqil dövlətimizin qurucusu Heydər Əliyevə böyük sevgi və dərin minnətdarlıq hissi olduğunu, Onun əziz xatirəsinin daim qəbimizdə yaşayacağını vurğulayıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunan “Nurlu ömrün anları” tamaşası rayon sakinləri tərəfindən maraqla qarşılanıb.

Keçidlər