Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

01 oktyabr 2022 | 18:01

 

Balakən rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.Tədbirdə Balakən RİH  başçısının birinci müavini Turan Dibirov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Azad Balayev,  inzibati orqanların rəhbərləri iştirak edib. Tədbir iştirakçıları  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad olunub.

Tədbirdə çıxış edənlər prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin səyləri ilə prokurorluq orqanlarının fəaliyyəti təkmilləşdirilib, ədalət prinsipi təmin olunub. Prezident İlham Əliyevin hakimiyyəti illərində isə Azərbaycan prokurorluğu inkişafının növbəti mərhələsinə qədəm qoyub.

Həmçinin ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolu vurğulanıb.

Keçidlər