Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə qanunsuz tikili söküldü

14 may 2024 | 17:08
  Balakən rayonunun Hənifə kəndi ərazisində vətəndaş tərəfindən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
  FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Balakən Rayon İcra Hakimiyyəti tərəfindən səlahiyyətlərinə uyğun olaraq rayon ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
 
https://fhn.gov.az/az/melumatlar/fovqelade-hallar-nazirliyi-terefinden-daha-bir-qanunsuz-tikili-sokulub-video-foto-94998cf4
 
 
Keçidlər