Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə qanunsuz tikililərə qarşı tədbirlər davam etdirilir

08 noyabr 2023 | 18:00
  Balakən Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2013-cü il tarixli Fərmanına əsasən Balakən rayonu ərazisində memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə mütəmadi monitorinqlər və müvafiq sənədləri olmadan qanunsuz tikinti işlərinin aparılmasına qarşı qanunvericiliyin tələbələrinə uyğun olaraq tədbirlər həyata keçirilir
  Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsinin qanunsuz tikintilərlə bağlı keçirdiyi birgə tədbirlər nəticəsində şəhər, Tülü və Xalatala kəndlərində qanunsuz tikinti işlərinin aparıldığı müəyyən olunub. Balakən Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən qanunsuz tikintilərlə mübarizə komissiyası tərəfindən vətəndaşlarla profilaktiki söhbət aparılıb, qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər nəzarətə götürülüb.
  Vətəndaşlara tikinti ilə bağlı qanunvericiliyə uyğun sənədləri hazırladıqdan sonra tikinti işlərini davam etdirməsi tövsiyə edilib.
Keçidlər