Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə qida təhlükəsizliyi mövzusunda tədbir keçirilmişdir

11 mart 2023 | 09:10
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.4.4-cü bəndində “Qida təhlükəsizliyini böhran vəziyyətlərində çevik qiymətləndirmə, idarəetmə, xəbərdarlıq prosedurlarının və fövqəladə halların, böhran vəziyyətinin idarə edilməsi planının hazırlanması” tədbiri nəzərdə tutulmuşdur.
Tədbirin icrasının təmin edilməsi məqsədilə 10 mart 2023-cü il tarixdə Balakən Rayon İcra Hakimiyyətinin və Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin təşkilatçılığı ilə “Qida təhlükəsizliyini böhran vəziyyətlərində çevik qiymətləndirmə; Fövqaladə hallarda, böhran vəziyyətində necə davranmalı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə rayonda fəaliyyət göstərən “Novruz”, “Asil” və “Lalələr” qida istehsalı kooperativləri, “ABAD”çılar, həmçinin qida məhsullarının istehsalı ilə məşğul olan digər hüquqi və fiziki şəxslər iştirak etmişdir. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Sevda Məmmədova, Mərkəzi Rayon Xəstəxanasının həkimi Günel Xəlilova, RİH-in əməkdaşı Anar Hüseynov qida məhsullarının istehsalı və saxlanılmasına dair tələblər, keyfiyyətsiz qidaların törətdiyi fəsadlar, böhran vəziyyətinin idarə edilməsi və s. mövzularda iştirakçılara ətraflı məlumat vermişlər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmışdır.
Keçidlər