Balakəndə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işçilərinin peşə bayramı qeyd olunub
13 fevral 2024 | 14:40
Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması və Dövlət Xidməti işçilərinin peşə bayramı günü Balakən rayonunda qeyd edilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi polkovnik Ramil İsmayılov, Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri Azad Balayev və Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək hörmət və ehtiramlarını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Dövlət Xidmətinin işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.