Balakəndə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasın 13-cü ildönümü qeyd olunub
14 fevral 2025 | 10:06
Fevralın 13-də Balakən rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasın 13-cü ildönümü qeyd olunub.
Bu münasibətlə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Dövlət Xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli işlərində onlara uğurlar arzulayıb.