Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə şəhidlərin xatirəsinə inşa olunan abidə kompleksinin açılışı olub

02 iyul 2022 | 12:59

   Balakən rayon Qabaqçöl qəsəbəsində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa olunan abidə kompleksinin açılışı olub. Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon polis şöbəsinin rəisi Çingiz Aslanov digər rəsmilər, rayon sakinləri, şəhidlərin yaxınları iştirak ediblər.
   Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib. Bu qələbənin daim qəlblərdə yaşayacaq şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyən rayon rəhbəri Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhidlərin valideyinlərinə dərin ehtiramını bildirib. Vurğulayıb ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaqdır.

  Digər çıxış edənlər və şəhid yaxınları Azərbaycan Ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edib, şəhidlərin keçdiyi qısa və şərəfli ömür yolundan danışıblar. Oğullarının Vətənə sədaqətlə xidmət etdiyini,  torpaqlarımızın azad edilməsi uğrundakı mübarizəyə

ürəklə yollandıqlarını bildiriblər. Şəhidlərin xatirəsinin əziz tutulması, şəhid ailələrinə göstərilən diqqət və qayğıkeşliyə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edibər.

   Xatirə kompleksinin açılışında məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.   

Keçidlər