Balakəndə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı müşavirə keçirilib
Müşavirədə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladığını qeyd edib. Sərəncama əsasən, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinin, su təsərrüfatının idarə olunmasının müsbət nəticələrindən danışıb. Ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artmasının Balakən rayonunda da su ehtiyatlarından səmərəli istifadəni zərurətə çevirdiyini diqqətə çatdırıb. Rayon rəhbəri bildirib ki, rayon ərazisində torpaqların suvarılması zamanı su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə xüsusi qərargah yaradılıb.
Rayon ərazisində mövcud olan su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət yaradılmış rayon Qərargahında müzakirələr aparılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Qərargahın üzvlərinə, hər bir ərazi vahidi üzrə müəyyən edilmiş suvarma qrafikinə riayət olunması, mütəmadi olaraq monitorinqlər keçirilməsi, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlik prinsipləri əsasında verilməsi məsələsini gündəlik ciddi nəzarətdə saxlanılması, su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılması, su israfçılığına, habelə qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi üçün tapşırıqlar verib.
Müşavirədə rayonda əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcəyi bildirilib.