Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə su ehtiyatlarından səmərəli istifadənin təmin olunması və alternativ su mənbələrinin yaradılması ilə bağlı görüş keçirilib

22 may 2024 | 16:57
  Mayın 21-də Balakəndə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Balakəndə “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici görüş keçirilib.
  Görüşdən Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov, Dövlət Su Ehtiyatları Agentliyinin “Azərsu” ASC-nin şöbə müdiri Elmir Məmmədli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin direktor müavini Əkbər Əsgərov, sektor müdiri Vəfa Məmmədova və digər aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
  Çıxışlarda bildirilib ki, su ehtiyyatlarından səmərəli istifadə, alternativ su mənbələrinin yaradılması günümüzün aktual məsələlərindən biridir. Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Dövlət başçısının rəhbərliyi ilə son illərdə bununla bağlı ciddi layihələr reallaşdırılmışdır. Əhalinin içməli suya olan tələbatının ödənilməsi məsələsi Balakən rayonunda da diqqətdə saxlanılır.
  Qeyd olunub ki, Balakən rayonunun su mənbələri çay və yeraltı su mənbələrindən ibarətdir. Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədi ilə rayon sakinləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır.
  Tədbirin sonunda Balakən rayonunda alternativ su mənbələrinin yaradılmasının vacibliyi vurğulanıb, bununla bağlı bir sıra təkliflər səsləndirilərək, müzakirələr aparılıb.
Keçidlər