Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Şuşa sən azadsan !” adlı konsert proqramı təşkil edilib

26 may 2022 | 17:15

   Balakən rayon Uşaq İncəsənət məktəbində “Şuşa sən azadsan !" adlı konsert proqramı təşkil olunub. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi səlahiyyətlərini icra edən Tərlan Nəsibov və digər qonaqlar iştirak edib.
   Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Vətən müharibəsi Şəhidlərinə həsr olunan rəsm sərgisi ilə tanış olublar.
   Tədbiri Uşaq İncəsənət məktəbinin direktoru Arifə Tağıyeva açaraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edildiyini diqqətə çatdırıb, mədəniyyət beşiyi olan Şuşanın tanınmış tarixi şəxsiyyətlər yetişdirən bənzərsiz bir diyar olduğunu vurğulayıb.
   Balakən Rayon İcra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova çıxış edərək, Prezident İlham Əliyevin 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi haqqında imzaladığı Sərəncamın xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən tarixi sənəd olduğunu vurğulayıb. Bildirib ki, hazırda Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində çox böyük bərpa və quruculuq işləri həyata keçirilir. Şuşa artıq mötəbər beynəlxalq tədbirlərə, musiqi festivallarına ev sahibliyi edir.
   Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi səlahiyyətlərini icra edən Tərlan Nəsibov çıxış edərək, “Şuşa İli” ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən xüsusi tədbirlər planının təsdiq edildiyini, hazırda regional idarənin strukturuna daxil olan mədəniyyət müəssisələrində silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
   Daha sonra tədbir Balakən rayon Uşaq İncəsənət məktəbinin şagird və müəllim kollektivi tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib.   

Keçidlər