Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

18 oktyabr 2023 | 15:43
  Oktyabrın 18-də Balakəndə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir təşkil olunub. “Qubek” otelinin akt zalında keçirilən tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, YAP rayon təşkilatının sədri Azad Balayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri və veteranları iştirak ediblər.
  Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Tarix yazan əbədiyaşar lider” mövzusunda videoçarx nümayiş olunub.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev məruzəsində bildirib ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
  Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Oktyabrın 15-də şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını həyata keçirdi. Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının sahibidir. Özünün müdrik, uzaqgörən və qətiyyətli lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!
  İslam Rzayev 18 oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, ölkəmizin daha da inkişaf etməsi və güclənməsi istiqamətindəki fəaliyyətlərində uğurlar arzulayıb.
  YAP rayon təşkilatının sədri Azad Balayev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, rayon üzrə təhsil sektorunun müdiri Elvin Mustafayev çıxışlarında ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən bəhs ediblər.
  Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.
Keçidlər