Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib

06 noyabr 2023 | 18:18
  Noyabrın 6-da Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib.
  Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunduğu bildirib. Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ azad edilib və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa edilib. Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndərin 100 illiyinin qeyd olunduğu bir vaxtda Qarabağda suverenliyimizin tam bərpası böyük rəmzi məna daşıyır. Bu gün Azərbaycan bayrağı Şuşada, Xankəndində və digər azad edilmiş torpaqlarımızda dalğalanır.
  Daha sonra çıxış edən şəhid atası Şəmsəddin Tuhumov və şəhid anası Adilə Qalayçiyeva  44 günlük Vətən müharibəsinin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildiriblər. Buna görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhid və qazilərimizə borclu olduğumuzu qeyd ediblər. Vuğulanıb ki, bugünkü əzəmətli və qüdrətli Azərbaycan məhz Heydər Əliyevin şah əsəridir, Vətən müharibəsində qazanılan şanlı Qələbə isə dahi rəhbərin əsasını qoyduğu siyasətin təntənəsidir.
  Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunub.
  Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq Sərəncamı ilə təltif olunan Balakən RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmovaya “Tərəqqi” medalı, həmçinin  Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.
Keçidlər