Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə taxıl tədarükü zamanı yanğın təhlükəsizliyi mövzusunda seminar-müşavirə keçirilib

19 may 2023 | 17:50

  Balakən Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) tərəfindən dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə seminar-müşavirə keçirib.

  Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov, FHN-in Balakən Dövlət Yanğından Mühafizə hissəsinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin, Meşə mühafizəsi və bərpası müəssisəsinin əməkdaşları, nümayəndə və bələdiyyə sədrləri, fermer təsərrüfatı sahibləri iştirak ediblər.

  Seminar-müşavirələrdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi istiqamətində aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb və yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub.

  Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Keçidlər