Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Ulu Öndərə həsr olunmuş “Əbədiyyətin ilk əsri” adlı tədbir keçirilib

13 iyun 2023 | 12:40

  İyunun 13-də Balakən şəhər Uşaq İncəsənət Məktəbində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əbədiyyətin ilk əsri” adlı konsert proqramı təqdim olunub.

  Bakı şəhər Səid Rüstəmov adına 13 saylı və Balakən şəhər uşaq incəsənət məktəblərinin şagirdlərinin ifa etdiyi konsert proqramında rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyev iştirak edib.

  Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycanın milli musiqi sənəti zəngin və çoxəsrlik tarixə malik olduğunu, Ulu Öndər  Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə musiqi sənətinin inkişafının dinamik xarakter aldığını bildirib. Rayon rəhbəri bu gün Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan musiqi sənətinin inkişafı istiqamətində ardıcıl tədbirlərin görüldüyünü vurğulayıb.  Diqqətə çatdırılıb ki, 1966-cı ildən fəaliyyət göstərən Balakən şəhər uşaq incəsənət məktəbi  yarandığı gündən gənc nəslin estetik təlim-tərbiyəsi və musiqi mədəniyyətin inkişafı üçün mühüm işlər həyata keçirib. Ali və orta ixtisas musiqi məktəbləri üçün baza rolunu oynayan təhsil ocağı rayonda uşaq və gənclərin musiqi tərbiyəsində,  istedadlı musiqiçilər nəslinin yetişdirilməsində, bütövlükdə rayonun mədəni həyatında özünəməxsus rol oynayır.  Məktəbdə yaradılan musiqi kollektivləri və ansanbıllar mədəniyyətimizin inkişafı, milli musiqimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

  Şagirdlərin ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Keçidlər