Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş anım tədbiri keçirilib

12 dekabr 2023 | 18:02
  Dekabrın 12-də Balakən rayonunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Əvvəlcə Ulu Öndərin vəfatının 20-ci  ildönümü ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, ziyalılar, YAP rayon təşkilatının fəalları böyük siyasi xadim Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
  Daha sonra rayon Mədəniyyət Mərkəzində Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə və xalqımız qarşısındakı xidmətlərinə həsr olunan film nümayiş etdirilib.
  Tədbirdə məruzə ilə çıxış edən rayon rəhbəri İslam Rzayev qeyd edib ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Bildirib ki, bu gün qələbə sevincimizin əsası məhz Ümummilli Liderin apardığı böyük islahatların, iqtisadi dirçəlişin, aparılan xarici siyasətin nəticəsində qoyulub. O, bu gün də Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik və müdrik siyasəti ilə ölkəmizin yeni, müasir inkişaf dövrünü yaşadığını qeyd edib. İcra başçısı, həmçinin Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin vacibliyi, bu irsin vətənpərvər və dövlətçiliyə sadiq vətəndaş yetişdirilməsi baxımından müstəsna əhəmiyyəti barədə danışıb.
  Tədbir rayon mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
  Sonda Balakən Rayon İcra Hakimiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən ümumrespublika Uşaq İncəsənət Festivalında uğur əldə etmiş şagirdlər və onların müəllimləri mükafatlandırılıb.
Keçidlər