Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş növbəti tədbir keçirilib

07 may 2026 | 11:00
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Balakən rayonunda silsilə tədbirlər keçirilir.
Mayın 7-də Balakən rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunub. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, şəhid ailələrinin üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş kitab sərgisi ilə tanış olublar.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən rayon üzrə nümayəndəsi – baş məsləhətçi Şəfəq Hacıyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasındakı xidmətlərindən bəhs edib. Bildirilib ki, “Qarabağnamə” tamaşası  Qarabağ həqiqətlərinin təbliği, dünyaya çatdırılması, ibrətamiz həqiqətlərlə dolu tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
  Mədəniyyət işçilərinin və həvəskar aktyorların canlandırdıqları obrazlar tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Tamaşanın sonunda Ümummilli lider Heydər Əliyevin “Qarabağnamə” tamaşası haqqında fikirlərinin yer aldığı videoçarx nümayiş etdirilib.
Keçidlər