Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

01 iyun 2022 | 09:28

   Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Balakən rayonunda silsilə tədbirlər keçirilib.

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, RPŞ-nın rəisi Çingiz Aslanov şəhid ailələrini ziyarət edib, şəhid uşaqlarına bayram hədiyyələri təqdim ediblər. Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev uşaqları əlamətdar gün münasibətilə təbrik edib. Ulu öndər Heydər Əliyevin uşaqlara olan sonsuz sevgisindən, onlara qayğı və diqqətlə yanaşmasından söz açan icra başçısı bildirib ki, bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

   Şəhid ailələri ölkəmizdə uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün hər cür şərait yaradıldığını, dövlət qayğısı ilə əhatə olunduqlarını bildiriblər.

   Bayram şənliyi Balakən şəhərindəki Heydər Əliyev adına parkında maraqlı konsert proqramı ilə davam etdirilib.

Keçidlər