Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin olunub

15 avqust 2022 | 09:35

   Vətən Müharibəsi iştirakçısı Hacıyev Murtuzəli Kainat oğlu Balakən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi vəzifəsinə təyin olunub.

   Murtuzəli Hacıyev 1994-cı ildə Balakən rayonunun Qazma kəndində  anadan olub,  2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə” ixtisası üzrə bitirib.

   Vətən müharibəsi zamanı Ağdərə rayonu, Talış və Suqovuşan kəndləri uğrundə gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

   Balakən Rayon İcra Hakimiyyətinin kollektivi adından Murtuzəli Hacıyevi yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edir, möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

   Rayonda dövlət işlərində  gənclərə üstünlük verilməsi və Vətən Müharibəsi iştirakçılarına yüksək etimad göstərilməsi dövlətin qayğı və diqqətinin nəticəsidir.   

Keçidlər