Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

26 fevral 2023 | 09:31

Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsinin ildönümü ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, rayonda məskunlaşan Xocalı sakinləri və ictimaiyyət nümayəndələri fevralın 26-da  Şəhidlər xiyabanına gələrək Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən qəhrəman şəhidlərin xatirəsini yad ediblər. Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Balakən rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həmin vaxt nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Keçidlər