Balakəndə yaş barama tədarükünə başlanılmışdır
03 iyun 2025 | 09:49
Balakən rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə kümçülər tərəfindən rayondakı keçmiş barama toxumu zavodunun qəbul məntəqəsinə 804 kiloqram yaş barama təhvil verilib.
Qeyd edək ki, builki mövsümdə rayonda barama yetişdirmək üçün 169 kümçü ilə müqavilə bağlanılıb, onlara 600 qutu ipəkqurdu paylanılıb.
Mövsümün ilk günündə Tülü kəndindən Vüqar Köklərov məntəqəyə 136 kiloqram, Püştətala kəndindən Vüsal Şabanov 83 kiloqram, Talalar kəndindən Afət Həsənova isə 74 kiloqram yaş barama təhvil veriblər. Məntəqədə yaş baramanın qəbulu “Azəripək” ASC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilib.