Balakəndə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
06 aprel 2024 | 18:13
Aprelin 6-da Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiyada rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, RİH-nin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yevlax-Zaqatala-Gürcüstan yolunun Balakən rayonunun Qullar, Gərəkli və Poştbinə kəndləri ərazisindən keçən hissəsində keçirilən aksiya zamanı şam, qoz, şabalıq, ərik və tut ağacları, əkilib.
Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini bu sahəyə cəlb etmək və iştirakçılığını artırmaqla ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.