Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə yol işçilərinin peşə bayramı qeyd olunub

21 fevral 2025 | 18:09

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il fevralın 22-si avtomobil yolları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
 Bu münasibətlə Balakən Rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirilib. Rayon rəhbəri İslam Rzayev yol işçilərini təbrik edib, onlara əməli fəaliyyətində uğurlar arzulayıb. İslam Rzayev qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatı infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Avtomobil yolları işçiləri də yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar.
İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrasının fasiləsiz olaraq davam etdirildiyini vurğulayan icra başçısı Balakən rayonunda da vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə asfaltlanma işlərinin mərhələli şəkildə davam etdirildiyini qeyd edib.
 Sonda Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin bir qrup əməkdaşına səmərəli fəaliyyətinə və rayonda aparılan abadlıq-quruculuq işlərində fəal iştirakına görə rayon icra hakimiyyətinin “Fəxri Fərman”ı təqdim olunub və xatirə şəkli çəkdirilib.

Keçidlər