Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə yüksək bal toplayan tələbələrlə görüş keçirilib

04 sentyabr 2024 | 15:25
  Balakən Rayon İcra Hakimiyyətində qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib. Görüşdə icra başçısı İslam Rzayev, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil sektorunun müdiri, məktəb direktorları, məzunlar, şəhid anası Zümrüd Məmmədova və Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulov iştirak edib.
  Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev tələbə adını qazanan məzunları təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb. Rayon rəhbəri qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Bu il rayonun 288 nəfər məzunu tələbə adına layiq görülüb, onlardan 15-i 600-dən yuxarı,  38-i isə 500-dən yuxarı nəticə göstərib.
  Digər çıxış edənlər məzunları yüksək nəticələrlə tələbə adına layiq görülmələri münasibətilə təbrik edib və nailiyyətlərinin davamlı olmasını arzulayıblar. 
  Sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə qiymətli xatirə hədiyyələri təqdim edilib.
 
Keçidlər